NATO-nun baş katibi Yens Stoltenberq Dağlıq Qarabağ münaqişə zonasında son baş verən hadisələrdən dolayı narahatlıq keçirdiyini bildirib. Virtualaz.org-un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə o, NATO Parlament Assambleyasının Haaqadakı toplantısında çıxışı zamanı deyib.
“Mən Dağlıq Qarabağda bu yaxınlardakı insidentlərdən və zorakılıqdan narahatam. Bu, bir daha onu göstərir ki, konfliktin hərbi həll yolu yoxdur”, - deyə alyans rəhbəri vurğulayıb. Onun sözlərinə görə, “siyasi həllə alternativ ola bilməz”.
“Mən NATO-nun məsələdə birbaşa hər hansı rolunu görmürəm. Ancaq alyans Dağlıq Qarabağda danışıqlar yolu ilə davamlı sülh anlaşmasına şərait yaradılması üçün Minsk prosesini dəstəkləyir” - deyə baş katib əlavə edib.
Qaynar.info