
Bu əsər Qarabağ müharibəsi haqqında yazılmış ilk uğurlu və realist əsərlərdən biridir
“İtən vaxt” istedadlı yazıçı-dramaturq, Azərbaycan serial məkanında milyonlarla tamaşaçının hər yeni bölümünü səbirsizliklə gözlədiyi “Toy gecəsi” bədii televiziya serialının ssenari müəllifi, Prezident təqaüdçüsü Samir Sədaqətoğlunun ən mükəmməl pyeslərindən biridir.
Bununla yanaşı, "İtən vaxt" Qarabağ müharibəsi, bu müharibənin törətdiyi faciələr və fəsadlar haqqında Azərbaycan ədəbiyyatında yazılmış ilk uğurlu və realist əsərlərdən biri hesab olunur.
Bir çox mükafatlara layiq görülmüş “İtən vaxt” pyesi müharibə və onun bəşəriyyət üçün yaratdığı təhlükələr haqqında çağdaş Azərbaycan dramaturgiyasında qələmə alınmış ən güclü ədəbi nümunələrdəndir.
Əsərdəki keçmiş döyüşçü – məhbus obrazını Əməkdar artist İlqar Cahangir canlandırır. Tamaşanın quruluşçu rejissoru “Şöhrət” Ordenli Cənnət Səlimova, bəstəkarı isə bir sıra beynəlxalq mükafatlat laureatı Firudin Allahverdidir.
Qaynar.info