Xəbər lenti

"Qarabağ"dan darmadağın, Qəbələdə iki qol
İdman19:42 15.04.2022

"Qarabağ"dan darmadağın, Qəbələdə iki qol

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.
 
Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. 
Əvvəlcə "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Qəbələ şəhər stadionunda baş tutan görüş 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində İsnik Alimi, qonaqlardan isə Araz Abdullayev fərqlənib.
Günün ikinci qarşılaşması "Azərsun Arena"da "Qarabağ"la "Şamaxı" arasında keçirilib. Bu görüşdə cari mövsümün ən böyük hesabı qeydə alınıb. Ağdam təmsilçisi rəqibini darmadağın edib - 8:0. "Qarabağ"dan İbrahima Vadji het-trikə, Filip Ozobiç dubla imza atıb. Musa Qurbanlı, Marko Veşoviç və Kadi Borges isə hərəyə bir dəfə fərqlənib. 
Turun qalan iki matçı sabah keçiriləcək. "Zirə" doğma meydanda "Səbail"i qəbul edəcəksə, "Sabah" səfərdə "Neftçi"nin qonağı olacaq.
Səbuhi Həsənov