Xəbər lenti

"Qarabağ"dan möhtəşəm qələbə
İdman21:17 03.10.2019

"Qarabağ"dan möhtəşəm qələbə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Avropa Liqasında II turun oyunları keçirilib.
Qaynarinfo xəbər verir ki, "Qarabağ” Lüksemburqda "Düdelanj”ın qonağı olub. "Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşündə "Qarabağ" 4:0 hesablı qələbə qazanıb.
Bu görüş "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. 47 yaşlı mütəxəssis 2008-ci ildən rəhbərlik etdiyi komanda ilə 100-cü avrokubok matçına çıxıb.
Azərbaycan çempionu ilk turda İspaniyanın "Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburqlular isə Cənubi Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyiblər.
Qeyd edək ki, A qrupunun digər matçında "Sevilya” APOEL-i 1:0 hesabı ilə yenib.
Avropa Liqası
Qrup mərhələsi
A qrupu,  II tur
3 oktyabr
Düdelanj (Lüksemburq) - Qarabağ (Azərbaycan) 1:4
Qollar: Abdulla Zubir, 11. Mişel, 30. Riçard Almeyda, 37. Dani Kintana, 70.
Hakimlər: Con Biton, Daniel Makfarlan, Duqlas Potter, Donald Robertson (Şotlandiya).
Hakim-inspektor: Yon Eylif Skyervold (Norveç).
UEFA nümayəndəsi: Maykl Zoratti (Avstriya).
"Jozi Bartel” stadionu.