Xəbər lenti

İdman 20:28 10.08.2024

"Qarabağ" 5, "Zirə" 81 pillə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, İFFHS-in siyahısında planetin ən güclü 503 klubu yer alıb.

Azərbaycan cədvəldə 4 komanda ilə təmsil olunur. Ən yaxşı təmsilçimiz "Qarabağ”dır. 197,25 xala malik Qurban Qurbanovun yetirmələri dünyada 34-cüdür. Ağdam klubu 5 pillə irəliləyib.

81 addımlıq sıçrayış edən "Zirə” 76,25 xalla 280-cidir. "Sabah” üç pillə geriləyib və 62,25 xalla 382-ci yerdə qərarlaşıb. 35 pilə geriləyən "Neftçi” 57 xalla 431-cidir.

Qeyd edək ki, siyahıya Madrid "Real”ı başçılıq edir – 371 xal.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->