Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Marko Yankoviçin durumuna aydınlıq gəlib.
Qaynarinfo xəbər verir ki, futbolçu həkim müayinəsindən keçib. Bu barədə klub rəsmi məlumat yayıb.
Müayinənin nəticəsinə görə, oyunçunun sol baldır əzələsində 2-ci dərəcəli yırtılma aşkar edilib. Həkimlərin rəyinə əsasən, Marko Yankoviç zədə səbəbindən 4 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu da o deməkdir ki, əsas heyət üzvü "Gent"lə səfər matçını buraxmalı olacaq.
Səbuhi Həsənov
Şərhlər