Xəbər lenti

"Qarabağ" Avropada ilk "3-lük"də
İdman06:01 24.10.2022

"Qarabağ" Avropada ilk "3-lük"də

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cari mövsüm Avropada yerli liqalarda keçirdikləri bütün matçlarda qələbə qazanan komandaların sayı 3-ə enib.
Qaynarinfo xəbər verir ki, siyahıda "Qarabağ"ın da adı var. Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasındakı ilk 10 qarşılaşmanın hamısında meydanı 3 xalla tərk edib. Son ölkə çempionunun 3-cü turdakı "Turan Tovuz"la görüşü təxirə salınıb. Qarşılaşma noyabrın 9-na təxirə salınıb.
Digər komandalar Lüksemburq təmsilçisi "Düdelanj" (10) və Yunanıstan "Panatinaikos"dur (9). Sözügedən klublar da cari mövsüm xal itirməyiblər.
Səbuhi Həsənov