Xəbər lenti

"Qarabağ" Avstriyaya yollandı (FOTO)
İdman05:37 20.06.2022

"Qarabağ" Avstriyaya yollandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İyunun 9-dan yeni mövsümün hazırlığına başlayan "Qarabağ” Bakıdakı təlim-məşq toplanışını başa vurub.
Qaynarinfo xəbər verir ki, "köhlən atlar" hazırlıq prosesinin ikinci mərhələsi üçün ötən gecə Avstriyaya yollanıb.
Ağdam təmsilçisi sözügedən ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Hələlik rəqiblərin adları bəlli deyil.
Qeyd edək ki, 2022/2023 mövsümündə Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" I təsnifat mərhələsində Polşa "Lex"i ilə qarşılaşacaq.