"Qarabağ” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
Ağdam klubundan Qaynarinfo-ya verilən məlumata görə, son ölkə çempionu Pedro Bikalyonu rənglərinə bağlayıb.
24 yaşlı yarımmüdafiəçi Ağdam klubunda 35 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, braziliyalı dayaq yarımmüdafiəçisi "Palmeyras”ın yetirməsidir. O, 2022-ci ilin yayında "Santa Klara”ya icarəyə verilib. 6 aydan sonra vətənə qayıdaraq bu dəfə "Vitoriya”da oynayan 24 yaşlı futbolçu son iki mövsümü Portuqaliyanın "Alverka” klubunda keçirib.
Xatırladaq ki, "Qarabağ” daha öncə Dani Boltu da transfer edib.
Şərhlər