Xəbər lenti

"Qarabağ"dan azarkeşlərə jest
İdman13:43 02.05.2022

"Qarabağ"dan azarkeşlərə jest

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Qarabağ" "Sabah"la matç üçün bilet satışı təşkil etməyəcək.
Qaynarinfo klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qarşıdan gələn 25-ci turda komandanın ev oyununa giriş biletlə olmayacaq. Klubun bu addımla bağlı açıqlaması isə belədir: "Sabahkı oyuna girişi biletsiz etdik. Bayram gününə özəl olaraq stadiona giriş pulsuz olacaq. 9-a doğru birlikdə addımlayaq" yazıb.
Mayın 3-də "Azersun Arena"da keçiriləcək görüşdə meydan sahibləri uduzmayacağı təqdirdə, 9-cu çempionluğunu təmin edəcək.
Səbuhi Həsənov