Xəbər lenti

İdman 23:41 14.12.2023

"Qarabağ"dan tarixi uğur - İlk dəfə Avroliqanın pley-off mərhələsində...

"Qarabağ" tarixində ilk dəfə UEFA Avropa Liqasında pley-offa yüksəlib.

Qaynarinfo-nun məlumatına görə, Qurban Qurbanovun baş məşqçilik etdiyi komanda turnirin qrup mərhələsinin VI turunda Bakıda İsveçin "Hakken" klubu ilə üz-üzə gəlib.

Rəqibini 2:1 hesabı ilə məğlub edən Azərbaycan təmsilçisi növbəti raunda visəqə qazanıb. "Köhlən atlar"ın heyətində 1-ci dəqiqədə Leandro Andrade, 45+3-cü dəqiqədə Yassin Benzia fərqlənib.

H qrupunun digər matçında "Bayer 04" Almaniyada Norveçin "Molde" kollektivini darmadağın edib - 5:1.

Avropa Liqasında pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq.

Avropa Liqası
Qrup mərhələsi
H qrupu, VI tur

14 dekabr
21.45 Qarabağ - Hakken (İsveç) 2:1
Qollar: Leandro Andrade, 1. Yassin Benzya, 45+3 - Bədavi Hüseynov, 90+4 (avtoqol).
Qırmızı vərəqə: Marko Veşoviç, 56.
Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov,  66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Hakken: 26. Peter Abrahamson, 4. Ayham Usu, 5. Even Hovland, 10. Ali Yussef, 11. Samuel Qustafson (k), 13. Simon Sandberq, 17. Eduard Çilufya, 18. Mikkel Riqaard, 21. Tomas Totland, 23. Mamadu Sonko, 27. Romeo Amane.
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 8. Abdulrazaq İshaq, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 25. Abdulaye Faye, 33. Con Pol Dembe, 35. Siqqe Yansson.
Baş məşqçi: Per Matias Hoqmo.
Baş hakim: Yucin Caya (Albaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->