Xəbər lenti

"Qarabağ"ın futbolçusunun çantasını oğurlayan şəxs saxlanıldı
Ölkə04:00 09.10.2023

"Qarabağ"ın futbolçusunun çantasını oğurlayan şəxs saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbolçu Elvin Cəfərquliyevin "Neftçi” - "Qarabağ” oyunundan sonra saxlanılması xəbəri yanlışdır.
Bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov bildirib.
O, qeyd edib ki, E.Cəfərquliyev qarşılaşmadan sonra çantasının oğurlanması barədə stadionda olan polis əməkdaşlarına məlumat verib. Futbolçunun çantasını oğurlayan stadiona azarkeş qismində gələn şəxs polislər tərəfindən müəyyən edilərək saxlanılıb və çanta sahibinə qaytarılıb. Bundan sonra E.Cəfərquliyev zərərçəkən şəxs kimi izahatının alınması üçün polis şöbəsinə dəvət edilib.
Araşdırmalar davam etdirilir.