Xəbər lenti

Qarabağ kənd məktəbinin şagirdləri üçün Kibertəhlükəsizlik Düşərgəsi təşkil olunacaq
Ölkə07:17 16.11.2023

Qarabağ kənd məktəbinin şagirdləri üçün Kibertəhlükəsizlik Düşərgəsi təşkil olunacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Füzuli rayonunun Qarabağ kənd orta məktəbində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi, "Uşaq və Yeniyetmələrə Dəstək” ictimai birliyinin tərəfdaşlığı layihə icrasına başlanılıb.
Kənd şagirdlərinin "Kibertəhlükəsizlik düşərgəsi” adlı layihə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibidir. Layihənin icra müddəti 3 aydır. Layihənin məqsədi kənd yerində yaşayan şagirdlərin kiber hücumlardan qorunmasının gücləndirilməsidir.  
Layihədə 3 günlük 24 akademik saatlıq təlimlər təşkil olunacaq. Təlimlərdə Qarabağ kənd orta məktəbinin 28 şagirdi və müəllimi iştirak edəcək. Təlim proqramı şagirdlərə kompüter avadanlıqları ilə praktiki tanışlığa imkan yaradacaq, əməliyyat sistemləri, həmçinin şagirdlərin kiberhücumlara qarşı müdafiə üsulları haqqında bilik və bacarıqlarını artıracaq. Təlimləri kibertəhlükəsizlik üzrə ekspertlər Zahir Zahirov, Elman Mütəllim və təlimçi Fərhad Abdulov keçəcək. Təlimlər qeyri-formal təhsil metodlarına uyğun fəal təlim üsulları ilə təşkil ediləcək.