Xəbər lenti

Qarabağ kəndinin şagirdlərinin kiberhücumlardan qorunması gücləndirilir
Ölkə12:17 26.12.2023

Qarabağ kəndinin şagirdlərinin kiberhücumlardan qorunması gücləndirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyilə Füzuli rayonunun Qarabağ kənd orta məktəbində "Kibertəhlükəsizlik düşərgəsi” adlı 3 günlük 24 akademik saatdan ibarət təlimlər təşkil oluunub.
Sözügedən təlimlər Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihəsi olan Kənd şagirdlərinin "Kibertəhlükəsizlik düşərgəsi” adlı layihə çərçivəsində həyata keçirilir. 
İcra müddəti 3 ay olan layihənin məqsədi kənd yerində yaşayan şagirdlərin kiber hücumlardan qorunmasının gücləndirilməsidir.  
Qeyri-formal təhsil metodları ilə təşkil olunan təlimlərdə Qarabağ kənd orta məktəbinin 28 şagirdi və müəllimi iştirak edir. Effektiv öyrənmə mühitinin təmin olunması məqsədilə hər sesiya öncəsi iştirakçılar ilə hərəkətləndiric oyunlar təşkil edilir. Təlim boyu kənd şagirdlərinin kompüter avadanlıqları ilə praktiki tanışlığa imkan yaradılır, kompüter istifadəsi zamanı üzləşə biləcəkləri aktual problemlər və həll yolları öyrədilir, şagirdlərin mövcud kiber təhdidlər və onlardan müdafiə yolları haqqında bilik və bacarıqları artırılır. 
Təlimlər kibertəhlükəsizlik üzrə ekspertlər Zahir Zahirov, Elman Mütəllimov və təlimçi Fərhad Abdulov tərəfindən keçirilir.