Xəbər lenti

İdman 11:17 10.03.2023

"Qarabağ" reytinqdə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Qaynarinfo IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, siyahıda 307 komanda yer alıb. Komandalar arasında Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" siyahıda özünə yer edib. 149 xala malik Ağdamlılar ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sıradadır. Ölkə çempionu Argentinanın "Talyeres" (Kordoba) klubu ilə eyni xala malikdir.

Ağdamlılar Avropa təmsilçiləri arasında 40-cı, postsovet məkanında isə birinci olub.

Türkiyə komandalarından "Fənərbağça" 162,5 xalla 46-cı, "Başakşehir" 126 xalla 91-ci, "Trabzonspor" 115 xalla 112-ci, "Sivasspor" 129-cu, "Qalatasaray" isə 79,5 xalla 206-cıdır.

İlk "3-lük"də müvafiq olaraq "Flamenqo" (Braziliya – 313 xal), "Real Madrid" (İspaniya - 308) və "Palmeyras" (Braziliya - 263) qərarlaşıb.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->