Xəbər lenti

“Qarabağ” “Turan”ı 2 qolla məğlub etdi
İdman22:10 17.10.2025

“Qarabağ” “Turan”ı 2 qolla məğlub etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Misli Premyer Liqasının VIII turunda "Qarabağ” "Turan Tovuz”u məğlub edib.
"Azərsun Arena”da baş tutan qarşılaşma Ağdam təmsilçisinin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
"Turan Tovuz”dan Alexandro Serrano 40-cı dəqiqədə penaltidən fərqlənib. "Qarabag”ın qollarını isə Nəriman Axundzadə (55-ci dəqiqə) və Abdullah Zubir (63-cü dəqiqə) rəqib qapısından keçiriblər.
Bu nəticədən sonra xallarının sayını 16-ya çatdıran Qurban Qurbanovun baş məşqçisi olduğu komanda turnir cədvəlinin ilk pilləsinə yüksəlib. "Turan Tovuz” isə 15 xalla ikincidir.
Qeyd edək ki, turun bu gün baş tutan "Şamaxı” – "Kəpəz” matçında Gəncə təmsilçisi 4:1 hesablı qələbə qazanıb. VIII tura oktyabrın 19-da yekun vurulacaq.