Xəbər lenti

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək
Ölkə18:00 06.02.2024

Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ Universiteti Xankəndi şəhərində yerləşəcək.
Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Qarabağ Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.
Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə ayrıayrı ixtisas sahələrinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatların aparılması.