Xəbər lenti

Qarabağ veteranı ilə "təcili yardım" arasında məhkəmə çəkişməsi davam edir
Ölkə12:01 14.08.2024

Qarabağ veteranı ilə "təcili yardım" arasında məhkəmə çəkişməsi davam edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qarabağ veteranı Sevda Əliyeva ilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi arasında məhkəmə çəkişməsi davam edir. 
Qaynarinfo xəbər verir ki, işə bərpa olunmaq tələbi ilə Yasamal Rayon Məhkəməsində iddia qaldıran Sevda Əliyeva birinci instansiya məhkəməsini uduzub.
Lakin Qarabağ veteranı hüquqi mübarizəsini davam etdirməkdə israrlıdır. Məlumata görə, Sevda Əliyeva Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Onun şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. İş hakim Cəmilə Musayevanın icraatındadır. 
Sevda Əliyeva Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindəki işindən cari ilin əvvəlində çıxarılıb. Onun hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.
Seyid