Xəbər lenti

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlandı (VİDEO)
Ölkə15:28 23.09.2023

Qarabağda müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlandı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri başa çatdıqdan sonra sentyabrın 23-dək müsadirə edilmiş döyüş texnikası, silah və sursatın siyahısı açıqlanıb.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edək ki, bölgədəki qanunsuz silahlı birləşmələrin tərk-silah olunmaları istiqamətində görülən işlər davam etdirilir.
Siyahıda 4 tank, 1 PDM, 3 MT-LB ZQ-20/3 "Zastava”, 12 haubitsa, 12 minaatan, 468 mina, 956 mina üçün atım, 441 minaatan mərmisi, 22 qumbaraatan, 46 qumbaraatan mərmisi, 313 atıcı silah, 66 242 patron, 50 raket, 300 partladıcı, 62 əl qumbarası qeyd edilib.