Xəbər lenti

Qarabağda separatçıların qanunsuz hərbi daşımaları davam edir (VİDEO)
Ölkə12:16 15.08.2023

Qarabağda separatçıların qanunsuz hərbi daşımaları davam edir (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin müşayiəti altında erməni quldur dəstələrinin aktivliyi davam edir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Caliber.Az” "Telegram” kanalında məlumat verilib.
Əldə edilən yeni videogörüntülərdə avqustun 15-də Xankəndi-Qaybalı-Laçınlar torpaq yolu ilə qanunsuz erməni silahlı dəstələrinin döyüş mövqelərinə hərbi texnika, canlı qüvvə, sursat və yanacaq çatdırılması qeydə alınıb.