Xəbər lenti

Qarabağın açarı kimdədir? - ABŞ etiraf etdi
Ölkə12:48 12.02.2016

Qarabağın açarı kimdədir? - ABŞ etiraf etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxın vaxtlarda həmsədrlərin regiona səfər edəcək. Səfər zamanı biz qarşıdurma riskinin azaldılması və dialoqun inkişaf etdirilməsi ilə bağlı təkliflər təqdim edəcəyik .

AzVision.az  Armenpress -ə istinadən xəbər verir ki, bunu ATƏT-in Amerikadan olan həmsədri Ceyms Uorlik `Armenpress`-ə müsahibəsində bildirib. 

Azərbaycanın ATƏT-in Minsk qrupunun AŞPA-da Qarabağla bağlı qətnamələrə dair mövqeyinə dair narazılığını şərh edən Uorlik bu məsələləri müzakirə etməyə hazır olduqlarını bildirib: “Biz öz bəyanatımızla vurğulamaq istəyirdik ki, Minsk qrupu bütün tərəflər üçün yeganə qəbul olunan formatdır. Ümid edirik ki, Ermənistan və Azərbaycan Minsk qrupu ilə sıx əməkdaşlıq edəcəklərinə dair götürdükləri öhdəlikləri yerinə yetirəcəklər”. 

Uorlik eyni zamanda əlavə edib ki, münaqişənin nizamlanması açarı prezidentlərin əlindədir: “Biz sülhün əldə olunması yolunda proqresə nail olmaq üçün daha intensiv dialoq və sistemləşdirilmiş danışıqların həyata keçirilməsinə yardım etmək istəyirik`. 

Qaynar.info