Xəbər lenti

“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşir
İdman06:44 30.07.2019

“Qarabağ”ın avrokuboklarda potensial rəqibləri müəyyənləşir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün avrokubokların III təsnifat mərhələsində "Qarabağ”ın potensial rəqibləri müəyyənləşəcək.
Qaynarinfo xəbər verir ki, Ağdam təmsilçisi Çempionlar Liqasında İrlandiyanın "Dundalk” komandasını mübarizədən kənarlaşdıracağı təqdirdə APOEL (Kipr) – "Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlər arasında baş tutan ilk oyunda kiprlilər səfərdə 1:0 hesabı ilə qalib gəliblər.
"Qarabağ” "Dundalk” səddini keçə bilməsə, Avropa Liqasının III təsnifat mərhələsində "Feronikeli” (Kosovo) – "Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk matçında slovakiyalılar qələbə qazanıblar – 2:1.
Qeyd edək ki, "Qarabağ” və "Dundalk” arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena”da keçiriləcək. İrlandiyada baş tutan ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
30 iyul
21:00 APOEL (Cənubi Kipr) - Sutyeska (Monteneqro)
İlk oyun - 1:0.
21:00 Nımme Kalyu (Estoniya) - Seltik (Şotlandiya)
İlk oyun - 0:5.
21:00 Makkabi (Təl-Əviv, İsrail) - ÇFR (Rumıniya)
İlk oyun - 0:1.
22:00 Bazel (İsveçrə) - PSV (Hollandiya)
İlk oyun - 2:3.
22:00 Dinamo (Zaqreb, Xorvatiya) - Saburtalo (Gürcüstan)
İlk oyun - 2:0.
22:00 Valletta (Malta) - Ferentsvaroş (Macarıstan)
İlk oyun - 1:3.
22.30 Olimpiakos (Yunanıstan) - Viktoriya (Çexiya)
İlk oyun - 0:0.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
30 iyul
19:45 Linkoln (Cəbəllütariq) - Ararat (Ermənistan)
İlk oyun - 0:2.
19:45 Suduva (Litva) - Tre Penne (San Marino)
İlk oyun - 5:0.
19:55 Düdelanj (Lüksemburq) - Şkendiya (Makedoniya)
İlk oyun - 2:1.
20:00 Feronikeli (Kosovo) - Slovan (Bratislava, Slovakiya)
İlk oyun - 1:2.