"Qarabağda ermənilərin yaşadığı bölgənin gələcəyi ilə bağlı cəmiyyətdə haqlı narahatlıq var. Nəzarətin Azərbaycana keçmə vaxtının uzanması bizim əleyhimizə kimi görünsə də, bu vaxtdan öz lehimizə də istifadə edə bilərik”.
Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi analitik Nazim Cəfərsoy bildirib. Onun sözlərinə görə, Qarabağda Azərbaycanın suverenliyinin tam bərpası üçün rəsmi Bakı 5 şeyi peşəkar formada etməlidir və bu, strateji zərurətdir:
"- Qarabağ ermənilərinin Ermənistan və diaspora ilə münasibətlərini hər mənada zəiflətmək.
- Rusiyanın Qarabağda ermənilər üçün hami rolu oynama cəhdlərinə imkan verməmək və cəmiyyəti bu konteksdə oyaq saxlamaq.
- Qarabağ ermənilərinin ətrafındakı Ağdam, Fizuli və Tərtərin hər birini ən az 250 minlik inkişaf etmiş şəhərlərə çevrilməsi üçün xüsusi plan həyata keçirmək. Bundan əlavə, Laçın və Şuşanda da mövcud relyefə uyğun xüsusi strateji inkişaf modeli yaratmalıyıq. Ən az 800 min yüksək səviyyədə yaşayan və Azərbaycan ordusu tərəfindən dəstəklənən azərbaycanlı əhalinin əhatəsində hətta 50 min (əslində bu say faktiki 20-25 min olacaq) erməninin təsir və manevr imkanları marjinal olacaq.
- Qarabağ ermənilərinin sadəcə Azərbaycan qanunları altında orda yaşaya biləcəyini getdikcə daha yüksək və sistemli formada gündəmə daşımaq və nəzarətimizi yavaş-yavaş təmin etmək.
- Xankəndi, Xocalı və Xocavəndə azərbaycanlıların dövlət və xalq olaraq qayıdışını səbr, təmkin və təkidlə həyata keçirmək”.
Nazim Cəfərsoyun fikrincə, Azərbaycan yuxarıda deyilənlərə nail olsa və Qarabağ bizim tam nəzarətimizə keçənə qədər ermənilərinin bölgədə qalma istəyi müxtəlif motivlərlə zəifləyəcək.
Orxan Əhmədli
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=558" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">