Xəbər lenti

Qaradağ sahibkarlarına kim "haqq" kəsib? - ŞİKAYƏT
Ölkə12:13 17.12.2013

Qaradağ sahibkarlarına kim "haqq" kəsib? - ŞİKAYƏT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İcra hakimiyyətində işlədiyi iddia olunan Rasim adıl şəxs Qaradağ daş karxanalarında Süleyman Mikayılovun adından pul toplayır; həmin şəxsin dələduz olması istisna olunmur

Qaradağ daş karxanalarında Rasim adlı şəxs Qaradağ İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun adından sahibkarlardan külli-miqdarda pul tələb edir. Həmin Rasim adıl şəxs pulu verməyənə sahələrin işıqlarını kəsdirir. Qəribədir ki, pia.az-a müraciət edən sahibkarlar icra başçısı Süleyman Mikayılovun baş verənlərdən xəbərsiz olduqlarını bildirirlər.

Pia.az-a Qaradağ Daş karxanalarında fəaliyyət göstərən və adlarının açıqlanmasını istəməyən bir qrup sahibkardan şikayət daxil olub. Şikayətçilər bildirir ki, icra hakimiyyətində işlədiyi iddia olunan Rasim adlı şəxs onlara göz verib, işıq vermir.

Belə ki, həmin şəxs Qaradağda fəaliyyət göstərən bütün karxanaları gəzərək sahibkarlardan külli-miqdarda pul tələb edir. Özünü icra hakimiyyətinin işçisi kimi qələmə verən həmin şəxs hər yerdə Qaradağın icra başçısı Süleyman Mikaılovun adından istifadə edir. Pulu verməyənlərin isə işıqları kəsilir və şhəmin sahədə iş dayanır.

Sahibkarlar bildirir ki, onların öyrəndiiklərinə görə baş verənlərdən icra başçısı Süleyman Mikayılovun baş verənlərdən xəbəri yoxdur. Sadəcə onlar hesab edir ki, hansısa məmurlar mütəşşəkkil şəkildə sahibkarlardan pul toplayırlar və bu zaman icra başçısının adından istifadə edirlər. 

Sahibkarlar öz səslərini icra başçısna çatdırmaq və problemlərinə Süleyman Mikayılovun diqqətini cəlb etmək məqsədi ilə mətbuata müraciət etdiklərini bildirirlər. Həmçinin onlar əmin olduqlarını bildirirlər ki, Süleyman Mikayılov bu mütəşşəkil dəstənin fəaliyyətindən xəbər tutduqdan sonra həmin dəstə cəzalandırılacaq və sahibkarlara normal fəaliyyət göstərmək imkanı tanınacaq.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev dəfələrlə dövlətin əsas siyasətinin sahibkarlara dəstək olmaqdan ibarət olduğnu bildirib. Lakin hələ də bəzi məmurlar yerlərdə hər cür vasitə ilə sahibkarlardan müxtəlif yollarla pul tələb etməklə ölkəninin iqtisadi inkişafına, həmçinin iş yerlərinin açılmasına ciddi şəkildə manne olurlar.

Xatırladaq ki, bu gün Qaradağ daş karxanaları ölkənin kasıb kənd əhalisi üçün əsas gəlir mənbəyi hesab olunur. Burda çalışanlar min əzab-əziyyətlə ailələrinə çörək aparırlar.

Qaynar.info