
Qəzanı Qaradağ rayonu ərazisində fəhlələri daşıyan avtobuslar törədiblər
Bu gün saat 07: 30 radələrində Bakının Qaradağ rayonu ərazisində fəhlələri daşıyan 2 sərnişin avtobusu toqquşub. Qaynar.info-nun Day.az-a istinadla verdiyi məlumata görə, qəza magistral yolda baş verib.
Xoşbəxtlikdən qəza nəticəsində yaralanan və ölən olmayıb.
Hazırda hadisə yerində dövlət yol polisinin əməkdaşları araşdırma aparırlar.
Qaynar.info







