Xəbər lenti

Qaradağda cinayətkar dəstə yaxalandı
Ölkə19:56 27.07.2016

Qaradağda cinayətkar dəstə yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qaradağ rayon, Sahil qəsəbəsi, 38-ci Polis Bölməsinin əməkdaşları uğurlu əməliyyat keçirib.

Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, bölmənin əməkdaşlarının səyi nəticəsində mütəşikkil cinayətkar dəstə zərərsizləşdirilərək cinayət məsuliyyətinə cəlb edilib.

Keçirilmiş əməliyyat nəticəsində Sahil qəsəbəsində vətəndaşların əmlakına oğurluq yolu ilə qəsd edən 2 nəfər saxlanılıb, cinayətdə şübhəli bilinən daha 2 nəfərin tutulması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Oğruların yaxalanması istiqamətində aparılan əməliyyata Qaradağ rayon Polis İdarəsinin rəisi və 38-cı Polis bölməsinin rəisi bilavasitə rəhbərlik edib.

Qaynarinfo.Az