Xəbər lenti

Qaradağdakı yanğın söndürüldü - YENİLƏNİB (VİDEO)
Ölkə13:00 27.12.2016

Qaradağdakı yanğın söndürüldü - YENİLƏNİB (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakının Qaradağ rayonunda qaz xəttində partlayış olub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə “Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsi”nin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
O bildirib ki, Səngəçal qəsəbəsinin Yenikənd adlı ərazisində Azəriqazın Qaz ixracı idarəsinin kompressor stansiyasında 125 atmosfer təyziqi olan qaz xəttinin partlaması nəticəsində partlayış baş verib: “Alov evlərə də sirayət edib. Xəsarət alanlar barədə araşdırma aparırıq”.
Qaradağ Rayon Polis İdarəsindən hadisənin baş verdiyi təsdiqləyiblər.
*** 
Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.

Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.

"Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb", - FHN-dən bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Bakıda qaz kəmərində partlayış baş verməsi nəticəsində xəsarət alan olmayıb. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, hadisə qaz kəmərinin Bakı-Ələt yolunun 43-cü kilometrliyində, dağlıq ərazidən keçən hissəsində qeydə alınıb. Əraziyə FHN-in 5 yanğınsöndürən texnikası cəlb edilib.

Məlumata görə, əvvəlcə partlayış müşahidə edilib, daha sonra yanğın olub.

"Hadisə yaşayış məntəqələrinə yaxın ərazidə qeydə alınmadığından, xəsarət alan və ya təxliyyə olunan olmayıb", - FHN-dən bildirilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində baş verən yanğın söndürülüb. Bu barədə "APA-Economics"ə SOCAR-dan məlumat verilib.

"Görülmüş tədbirlər nəticəsində yanğını söndürmək mümkün olub", - deyə qurum rəsmisi bildirib.

Xatırladaq ki, yanğın bu gün saat 09:55-də baş verib.

SOCAR-ın yaydığı məlumatda deyilir ki, yanğının söndürülməsi məqsədi ilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub. Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb.

Qaynarinfo.Az