Xəbər lenti

Qaradərili müsəlman qız Fransa prezidenti ola bilər - FOTOLAR
Ölkə10:17 05.05.2016

Qaradərili müsəlman qız Fransa prezidenti ola bilər - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fransada gələn il keçiriləcək prezident seçkilərində ilk dəfə qaradərili xanım öz namizədliyini irəli sürüb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Nikoyla Sarkozinin prezidentliyi dövründə xarici əlaqələr, insan hüquqları və idmandan məsul olan Rama Yade prezidentliyə namizəd olduğunu bəyan edib.

O, “cürətkar Fransa” adlı kampaniya başlatdığını vurğulayıb.

Seneqalda doğulan müsəlman Yade prezident seçkilərində namizədliyi haqqında verdiyi açıqlamada “Seçkilərdə kiçik ya da böyük namizəd yoxdur” –deyə bildirib. 

Seçkilərə çoxdan hazırlaşdığını söyləyən Yade Fransa cəmiyyətinin parçalanması ilə bağlı məsələnin həll olunmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, Fransada gələn il keçiriləcək prezident seçkisinin ilk turu aprelin 23-ə planlaşdırılıb. İkinci tur isə mayın 7-də keçiriləcək.

Qaynarinfo.az