Xəbər lenti

Qardaş bacısını ata evində qətlə yetirdi
Ölkə05:42 07.11.2013

Qardaş bacısını ata evində qətlə yetirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Milli.Az xəbər verir ki, bir gün öncə Oğuz rayonunda  qardaşın bacısını qətlə yetirməsi ilə bağlı Oğuz Rayon Prokurorluğu açıqlama verib. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir. Ailənin yaxınları hələ də bu acı taleyə inana bilmədiklərini söyləyirlər. Hadisəni törədən Vasif İsmayılov artıq saxlanılıb. Faktla bağlı Oğuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə rayonun Qarabaldır kəndində qeydə alınıb. Kənd sakini 26 yaşlı Vasif İsmayılov bacısı, 27 yaşlı Hədiyyə İsmayılovanı bıçaqlayaraq qətlə yetirib. Yaxınların söylədiyinə görə, Hədiyyə İsmayılova ailəlidir və rayonun Bayan kəndində yaşayır, iki övladı var. Hadisə baş verən gün, Hədiyyə İsmayılova yaşadığı Bayan kəndindən ata evinə Qarabaldır kəndinə gəlib. Qardaşla bacının arasında münaqişə yaranıb və stolun üstündə olan bıçaqla Vasif Hədiyyəni qətlə yetirib.


Qaynar.info