Xəbər lenti

Qardaş, ər və oğlundan sonra ana da intihar etdi - Bakıda dəhşət
Ölkə08:41 16.08.2014

Qardaş, ər və oğlundan sonra ana da intihar etdi - Bakıda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının Nərimanov rayonu ərazisində 64 yaşlı qadının asılmış meyiti tapılıb.

Qaynar.info-nun  ANS PRESS-ə istinadən məlumatına görə, hadisə Ceyhun Hacıbəyli 36, mənzil 38 ünvanında baş verib.

Nərimanov rayon Polis İdarəsindən verilən məlumata əsasən, intihar edən şəxs 1950-ci il təvəllüdlü Zoya Aleksandrovna Hacıbəyli olub. Araşdırmalar zamanı məlum olub ki, həmin ailədən daha əvvəl bir neçə nəfər də bu yolla intihar edib. Müxtəlif vaxtlarda Zoya Hacıbəylinin qardaşı, əri və oğlu intihar edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qaynar.info