Xəbər lenti

Qardaş qardaşın meyitini tanıdı - Xəzərdə faciə
Ölkə07:52 14.03.2017

Qardaş qardaşın meyitini tanıdı - Xəzərdə faciə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tapılan meyit üç ay öncə itkin düşən neftçiyə məxsus olub
Martın 13-də Xəzər dənizində tapılan kişi meyitinin kimə məxsus olması müəyyənləşdirilib. İstiPress-in "Sputnik"ə istinadən verdiyi xəbərə görə, meyid 1971-ci il təvəllüdlü neftçi-maşinist Ramiz Abbasova məxsusdur. Bu barədə nefеçinin qohumları məlumat verib. Hələlik DNT analizləri hazır olmasa da, ilkin olaraq neftçinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olub. Onu qardaşı tanıyıb.
Xatırladaq ki, ötən il dekabrın 15-də səhər saat 5-də güclü qasırğa nəticəsində "Azneft" İstehsalat Birliyinin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın, uzunluğu təqribən 150 metr olan hissəsi dənizə düşüb. Estakada ilə birgə onun üstündəki yaşayış budkası da dənizə gömülüb. Hadisə zamanı budkada 10 neftçi olub. 
Maşinist Güloğlan Zülfüqarov, operatorlar Azay Zülfüqarov, Samir Əsədov və Cavid Bəhramov hələ də itkin düşmüş sayılırlar.
İndiyə qədər altı nəfərin meyiti tapılıb: operator İlham Qafarov (faciədən dərhal sonra),
Sahil qəsəbəsinin sakini, 1956-cı il təvəllüdlü Həsənağa Hacıəliyev (fevralın 1-də)
1957-ci il təvəllüdlü Qurbanov Vidadi Cümşüd oğlu (fevralın 17-də)
1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğlu (fevralın 28-də)
1957-ci il təvəllüdlü mexanik Elçin Həsənov (martın 4-də) 
1971-ci il təvəllüdlü maşinist Ramiz Abbasov.
Qaynar.Az