Xəbər lenti

Qardaşı ciyərini versə, onun həyatı təhlükəyə girəcək - Elvina Atakişiyeva
Ölkə10:47 06.05.2022

Qardaşı ciyərini versə, onun həyatı təhlükəyə girəcək - Elvina Atakişiyeva

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bir üzümüz gülür, bir üzümüz ağlayır. Analiz nümunələri götürülən donor Elvinə uyğunlaşmadı”.
Bunu Qaynarinfo-ya açıqlamasında qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin həyat yoldaşı, aktrisa Elvina Atakişiyeva deyib. Onun sözlərinə görə, Elvinin müalicəsi üçün lazım olan 47 min 500 manat pul yığılıb:
"Donorumuz doğma qardaşı idi, bütün analizlər alınmışdı. Axırıncı analizdə 10% qan uyğun gəlmədi. Belə olan halda qardaş ciyərini versə, onun həyatı təhlükəyə girəcək. Vəziyyət pisdir, yad insanlar donor ola bilməz, cinayətdir. Qohumlarımıza da müraciət edirik, bu gün onlardan bəziləri analiz verib. Əgər onlardan biri uyğun gəlsə, Azərbaycanda əməliyyat olunacaq, yox uyğun gəlməsə, başqa ölkəyə üz tutacağıq”.
Elvina Atakişiyeva deyir ki, həyat yoldaşının yaşamaq şansı varsa, onu həyata qaytarmalı və yaşatmaq borcumuzdur.
Qeyd edək ki, aktyor Elvin Ağayev qaraciyər sirrozundan əziyyət çəkir. Onun xəstəliyi irəliləyib və müalicəsi üçün lazım olan vəsait toplanıb. 
Elvin Ağayevə təcili qaraciyər köçürülməlidir.
Bahar Rüstəmli