Fevralın 5-də Lənkəran Regional Mədəniyyət Mərkəzində 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd Qardaşxan Əzizxanlının seçicilərlə növbəti izdihamlı görüşü keçirilib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, görüşdə, həmçinin 74 saylı Lənkəran (kənd) seçki dairəsindən deputatlığa namizəd Rəvan Bəşirov iştirak etmiş, seçiciləri Qardaşxan Əzizxanlıya səs verməyə çağırmışdır. Lənkəran Dram Teatrının aktyoru Sücəddin Mirzəyevin aparıcılıq etdiyi tədbiri ATƏT-in uzunmüddətli müşahidəçisi Culian Nandi izləmişdir.
Görüşdən foto-fraqmentləri təqdim edirik: