Xəbər lenti

Qarın hündürlüyü 30 sm-ə çatdı - Ölkə ərazisindəki faktiki hava
Ölkə05:59 09.01.2023

Qarın hündürlüyü 30 sm-ə çatdı - Ölkə ərazisindəki faktiki hava

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda yağıntılı hava şəraiti davam edir, qar yağır.
Qaynarinfo xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O bildirib ki, qar örtüyünün hündürlüyü İsmayıllıda 30 sm, Xaltanda 21 sm, Qubada 20 sm, Altıağacda 16 sm, Lerikdə 15 sm, Sarıbaş, Yardımlıda 14 sm, Şabranda 13 sm, Şəki, Biləsuvarda 8 sm, Qusarda 7 sm, Oğuz, Şahbuz, Daşkəsəndə 5 sm, Qobustanda 4 sm, Sədərəkdə 3 sm, Naxçıvan, Ağdərə, Göygöl, Naftalanda 2 sm, Bərdə, Göyçay, Astara, Ağdamda 1 sm, Sumqayıtda 8 sm, Bakıda 2 sm-dək olub.
Mərkəzin direktoru vurğulayıb ki, düşən yağıntının miqdarı Astarada 16 mm, Lerikdə 15 mm, Biləsuvarda 9 mm, Qax, Lənkəranda 8 mm, Oğuz, Qəbələdə 7 mm, Qubada 6 mm, Neftçala, Göyçayda 5 mm, Şahbuz, İsmayıllı, Altıağac, Ağdam, Zərdabda 4 mm, Şabran, Xaltan, Şəki, Qobustan, Daşkəsən, Göygöldə 3 mm, Gədəbəy, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Salyanda 2 mm, Naxçıvan, Şərur, Sədərək, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Cəfərxanda 1 mm, Sumqayıtda 9 mm, Bakıda 3 mm, Maştağa, Binə, Pirallahıda 1 mm-dək olub.
Onun sözlərinə görə, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək, dağlıq rayonlarda 14-17 dərəcə şaxta, Aran rayonlarında 3 dərəcəyədək şaxta olub.