Xəbər lenti

Qarlı, yağışlı hava qayıdır - hava proqnozu
Ölkə09:38 21.01.2015

Qarlı, yağışlı hava qayıdır - hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah ölkədə yağıntılı hava müşahidə olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, yanvarın 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava üstünlük təşkil edəcəyi, zəif duman olacağı, çiskinli yağış yacağı gözlənilir.
Abşeron yarımadasında temperatur gecə 1-3, gündüz 7-9 dərəcə isti olacaq.
Yanvarın 22-də qərb rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin şimal və şərq rayonlarında bəzi yerlərdə havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək.
Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.
Qaynar.info