Xəbər lenti

Qatar kişinin üstündən keçdi - Bakıda
Ölkə15:30 07.11.2014

Qatar kişinin üstündən keçdi - Bakıda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtda 36 yaşlı kişini qatar vurub. 

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, “NZS” qəsəbəsində baş verən hadisə zamanı 36 yaşlı Tofiq Əsgərov dəmir yolu xəttini keçərkən müvazinətini itirərək yıxılıb.

Hərəkətdə olan qatar onun üstündən keçib. Nəticədə ayaqları bədənindən ayrılan T.Əsgərov çoxlu qan itirdiyindən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info