Xəbər lenti

Qatarın qapısına sərnişin müdaxiləsi oldu:  Bakı metrosunda gecikmə yarandı
Ölkə15:09 20.10.2023

Qatarın qapısına sərnişin müdaxiləsi oldu:  Bakı metrosunda gecikmə yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı metrosunda qatarların hərəkəti ləngiyir.
"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, "Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarın qapısına sərnişin müdaxiləsi olub.
"Bu zaman maşinistin idarəetmə lövhəsində dərhal müvafiq siqnal işə düşüb. Bu səbəbdən maşinist qatara baxış keçirib, sonra bütün məsələlər qaydasında olub və o, yoluna davam edib. Sonradan təkrar eyni hal yaranıb və qatar xəttin ortasında olduğundan onun xətdən çıxarılması zərurəti yaranıb. Qatar elektrik deposuna göndərilib, onun əvəzinə dərhal xəttə başqa qatar verilib. Nəticədə qatarın hərəkətində intervaldan əlavə 4 dəqiqə gecikmə yaranıb", - B. Məmmədov deyib.