Xəbər lenti

Qaxda it sakinlərə hücum etdi: 6 yaralı var (FOTOLAR)
Ölkə09:32 04.01.2020

Qaxda it sakinlərə hücum etdi: 6 yaralı var (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaxda sahibsiz it sakinlərə hücum edib.
Qaynarinfo report-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Qax şəhəri ərazisində quduz olduğu ehtimal olunan sahibsiz it qarşısına çıxan 6 nəfərə hücum edib.
Nəticədə Qax sakinləri - 1971-ci il təvəllüdlü Rəsul Saleh oğlu Mürsəlov, 1964-cü il təvəllüdlü Eldar Məhərrəm oğlu Əliyev, 1983-cü il təvəllüdlü Şaban Adışirin oğlu Qəniyev, 2002-ci il təvəllüdlü Aysun Müşviq qızı Əzməmmədli və daha 2 nəfər xəsarət alıblar. 
İt dişləməsi diaqnozu ilə Qax rayon Mərkəzi Xəstəxanasına daxil olan 6 nəfər quduzluq əleyhinə peyvənd olunub. 
Məlumata görə, quduz olduğu ehtimal edilən it sakinlərə hücum etdikdən sonra naməlum istiqamətə gedib.