
Bu gün axşam saatlarından başlayaraq Qax rayonunda yerləşən Ulubaş dağının meşə massivi yanmağa başlayıb.
Anspress-in verdiyi məlumata görə, yanğının tüstüsü rayonun demək olar ki, bütün ərazisindən görünür. Rayon sakini Saleh Şirinovun sözlərinə görə, yanğını söndürmək üçün şəxsi avtomobili olanlar o səmtə yola çıxırlar. Qax rayon polis şöbəsinin baş leytenantı Nemət Rəşidov isə deyib ki, yanğın otlaq sahədə qeydə alınıb. Hazırda yanğınsöndürənlər yanğını söndürmək üçün ora yollanıblar.
Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin şəxsi heyəti və Qaxbaş kənd sakinlərindən ibarət qrup cəlb olunub.
Anspressin bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə yerinə getmək istəyən Qax Yanğından Mühavizə Hissəsinin yanğınsöndürənləri dağın zirvəsinə qalxa bilməyiblər. Müşahidə zamanı yanğının artaraq dağda ağacların sıx olduğu ərazilərə keçməsi hər kəsi təşvişə salıb.
Hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 35 nəfər şəxsi heyəti və Qaxbaş kənd sakinlərindən ibarət qrup cəlb olunub. Onlar hal-hazırda piyada dağın zirvəsinə qalxmağa çalışırlar.
Şəxsi heyət və kənd sakinləri yanğının sıx meşəliyə keçməməsi üçün hadisə yerinə yollanıblar. Bir müddət sonra isə yanğının şiddəti biraz da artıb və hal-hazırda yanğın davam edir.
Qaynar.info