Xəbər lenti

​Qaxda minik avtomobili traktorla toqquşdu: 1 ölü, 2 yaralı
Ölkə18:40 16.05.2016

​Qaxda minik avtomobili traktorla toqquşdu: 1 ölü, 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Axşam saatlarında Qax-Şəki yolunun 1-ci km-də ölümlə nəticələnən yol qəzası baş verib.
"Report" xəbər verir ki, Qax istiqamətində hərəkət edən "Niva" markalı minik avtomobili yol kənarında dayanmış traktorun arxa sol təkərinə çırpılıb.
Nəticədə "Niva"da olan bir qadın sərnişin dünyasını dəyişib. Sürücü və digər bir sərnişin isə yaralanıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qaynarinfo.az