Xəbər lenti

Qaxda motorollerlə ağaca çırpılan yeniyetmə komaya düşüb
Ölkə19:41 17.05.2016

Qaxda motorollerlə ağaca çırpılan yeniyetmə komaya düşüb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaxda idarə etdiyi motorolleri ağaca çırpan yeniyetmə komaya düşüb.
 
Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, mayın 17-i günorta saat 15:40 radələrində rayonun Əlibəyli kənd sakini, 16 yaşlı David Mamuka oğlu Topalaşvili rayon ərazisində baş verən yol qəzası zamanı aldığı ağır bədən xəsarətlərindən düşdüyü  koma vəziyyətində xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. David Topalaşviliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.
Qax rayon Polis Şöbəsindən bildirilib ki, David Topalaşvili idarə etdiyi  dövlət qeydiyyat nişanı olmayan motorollerlə kəndin ərazisində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən yolun kənarındakı qoz ağacına çırpılıb.
Faktla bağlı Qax RPŞ-də araşdırma aparılır.
Qaynarinfo.az