Xəbər lenti

Qaxda ovçu qayadan yıxıldı və itdi
Ölkə10:14 20.01.2014

Qaxda ovçu qayadan yıxıldı və itdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İlisu kəndinin 15 nəfər sakini axtarış üçün yollansa da qarlı hava axtarışa mane olub

Qax rayonunun İlisu kəndində dərəyə düşən ovçu Bədrəddin Babayevin axtarışları davam edir. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 15 nəfər kənd sakini Bədrəddin Babayevi axtarmağa getsə də, qayadan yıxılan şəxsin meyidini tapa bilməyiblər. Əraziyə qar yağdığı üçün axtarışlar nəticə verməyib. Axtarışa gedənlər geri qayıdıblar. 

Xatırladaq ki, dünən Fövqəladə Hallar Nazirliyi Qax rayonu, İlisu kəndində dağlıq ərazidə 1 nəfər ovçunun qayadan yıxılaraq dərəyə düşməsi və meyitinin orada qalması barədə məlumat yaymışdı. 

Ərazi relyef baxımından keçilməz olduğundan Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, o cümlədən Aviasiya dəstəsinin 1 ədəd helikopteri həmin şəxsin axtarışlarına başlayıb. Lakin əməliyyatlara rayonda müşahidə olunan qarlı və dumanlı hava şəraiti mane olub.

Qaynar.info