Xəbər lenti

Qaya Əliyevin kitabı dərc olundu - FOTO
Ölkə12:33 16.06.2014

Qaya Əliyevin kitabı dərc olundu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaya Əliyevin müəllifliyi ilə Bakıda "Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası" adlı monoqrafiya dərc olunub.

Qaynar.info-nun verdiyi xəbərə görə, monoqrafiyada Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin mənbələrinin konseptual əsasları elmi-nəzəri və praktik baxımdan tədqiq olunmuşdur.

Tədqiqat zamanı, cinayət-prosessual qanunvericiliyin mənbəyinin anlayışı və əhəmiyyəti, cinayət-prosessual qanunvericiliyin mənbələrinin sistemi, təsnifatı və bu sahədə müxtəlif yanaşmalar, eləcə də, cinayət-prosessual qanunvericiliyin mənbəyini təşkil edən normativ-hüquqi aktların və normativ xarakterli aktların spesifik xüsusiyyətləri kimi konseptual məsələlər təhlil olunmuş, habelə beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normaları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr cinayət-prosessual qanunvericiliyin mənbəyi qismində nəzərdən keçirilmişdir.

Monoqrafiyada qoyulan problemlərin tədqiqatı zamanı cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi, bu sahədə boşluqların və kolliziyaların aradan qaldırılması istiqamətində bir sıra elmi-praktik təkliflər irəli sürülmüşdür ki, həmin təkliflərdən normayaratma orqanları istifadə edə bilər.

Kitab ali məktəblərin hüquq fakültələrində təhsil alan bakalavr və magistrantlar, həmçinin, elmi işçilər, doktorantlar, pedaqoji kadrlar, o cümlədən hüquq-mühafizə orqanlarının əməkdaşları, hakimlər, prokurorlar, müstəntiqlər, təhqiqatçılar, əməliyyat-axtarış, təhqiqat və istintaq orqanlarının əməkdaşları, habelə dövlət qulluqçuları və cinayət-prosessual hüquq sahəsi ilə maraqlanan bütün hüquq ictimaiyyəti nümayəndələri üçün nəzərdə tutulmuşdur.

Qaynar.info