Xəbər lenti

Qaydalar dəyişməlidir: Adında köhnə sovet maşını və ya 6 "sot" torpağı olana yardım verilmir
Ölkə08:37 02.10.2023

Qaydalar dəyişməlidir: Adında köhnə sovet maşını və ya 6 "sot" torpağı olana yardım verilmir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Neçə illərdir ki, ünvanlı sosial yardım layihəsini təqdim edirik. Amma bu günə qədər bu yardımın effektini ortaya çıxaran yoxdur".
Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputatı Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib. 
O bildirib ki, həm ünvanlı sosial yardım, həm də məşğulluqla bağlı dinləmə olsa, yaxşı olardı:
"15 ilə yaxındır ki, Azərbaycanda 150 milyondan 300 milyona qədər bu məsələyə vəsait sərf olunur. Bəlkə ünvanlı sosial yardımın qaydalarında dəyişiklik olmalıdır ki, daha effektiv olsun. Birinə deyirlər "Adına köhnə sovet maşının var və sənə yardım düşmür", yaxud "Adına torpaq sahəsi var, sənə yardım düşmür", - deyə deputat bildirib.
 
Qafqaz Rafiqoğlu