Xəbər lenti

Qayın yeznəsini pul üstündə bıçaqladı
Ölkə19:01 21.10.2014

Qayın yeznəsini pul üstündə bıçaqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Şabranda ötən gecə qayın yeznəsini bıçaqlayıb. Qaynar.info axar.az-a istinadən xəbər verir ki, oktyabrın 20-də Vahid adlı Şabran sakini yeznəsi Ruslandan verdiyi borc pulu geri tələb edib.

Kürəkən isə pulu olmadığını deyib və mübahisə başlanıb. Ruslanın qaynı Vahidə külli-miqdarda borcu olub. Qohumlar arasında ədavət bıçaqlanma ilə nəticələnib. Vahid yeznəsinə bıçaq zərbəsi endirib və yaralı dərhal rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Şabran Rayon Polis Şöbəsinin növbəti hissəsindən bildirilib ki, faktla bağlı cinayət işi açılıb və hadisəni müstəntiq Elşən Əliyev araşdırır. 

Qaynar.info