Xəbər lenti

Qayınanası ilə dalaşan gəlin özünü yandırdı
Ölkə09:59 11.05.2014

Qayınanası ilə dalaşan gəlin özünü yandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kürdəmir rayonunda dəhşətli hadisə baş verib.

Lent.az xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qağaclı kəndində 1977-ci il təvəllüdlü Nəsirova Sevil Möhübbət qızı özünü yaşadığı evin həyətində yandırıb. Qadın ailə üzvlərinin gözü qarşısında üstünə benzin tökərək özünə od vurub. Ağır vəziyyətdə Kürdəmir şəhər Mərkəzi Xəstəxanasına gətirilən 37 yaşlı kənd sakini daha sonra təcili tibbi yardım avtomobili ilə Bakıya göndərilib. Bakıda 5 saylı şəhər xəstəxanasına yerləşdirilən S.Nəsirovanın vəziyyəti ağır qiymətləndirilir.

Bildirilir ki, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. S.Nəsirova qayınanası ilə uzun müddət imiş ki, problem yaşayırmış. Dünən növbəti dəfə onlar mübahisə ediblər və bundan sonra Sevil Nəsirova əsəbi halda özünü yandırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.