Xəbər lenti

Qayınata gəlinini yaba ilə qətlə yetirdi - Xaçmazda
Ölkə06:26 22.07.2016

Qayınata gəlinini yaba ilə qətlə yetirdi - Xaçmazda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Xaçmazda dəhşətli qətl törədilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə rayonun Uzunoba kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Məlikməmməd Adıgözəlov sərxoş halda gəlini, 1984-cü il təvəllüdlü Rəmziyyə Əbdürrəhmanovanı yaba ilə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Hadisəni törədən M. Adıgözəlov saxlanılıb.

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.(APA)

Qaynarinfo.Az