Xəbər lenti

Qayınata kürəkənini bıçaqladı - Tovuzda
Ölkə18:14 25.09.2016

Qayınata kürəkənini bıçaqladı - Tovuzda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Tovuzda qayınata kürəkənini bıçaqlayıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Qovlar şəhər sakini, 1983-cü il təvəllüdlü Ruslan İsmayılov bel nahiyəsinin bıçaq xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə R. İsmayılov mübahisə zəminində qayınatası Vitalik Cəfərov tərəfindən bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Qaynarinfo.Az