Xəbər lenti

Qaynar.info, doğum günün mübarək! - TƏBRİK
Ölkə05:59 25.04.2015

Qaynar.info, doğum günün mübarək! - TƏBRİK

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ramil Rahiboğlu

Aprelin 25-i Azərbaycan internet mediasının pionerlərindən olan Qaynar.info portalının 8 yaşı tamam olur. Bu saytla ilk tanışlığım tələbəlik illərimə təsadüf edir. Saytda dərc olunan xəbərlər, təhlillər və ələxsus da köşə yazıları ilk gündən məndə maraq doğurdu. Öz obyektivliyi, hadisələrə tərəfsiz yanaşması, dövlətçilik prinsiplərindən çıxış etməsi ilə Qaynar.info mənim də rəğbətimi qazandı.

Qaynar.info ilə əməkdaşlığım saytın “Biznes.Qaynar” qoluna rəhbərlik etməyimlə başladı. Sevinirəm ki, tələbəlik illərimi fövtə vermədim – tam təmənnasız şəkildə, iqtisadi mövzuda xəbərlər tərcümə edib, saytda dərc etməklə vaxtımı səmərəli keçirdim. Hərbi xidmətdə ikən, saytın ağır sosial problemlər üzündən iqtisadiyyat və digər qollarının bağlanması xəbərini eşitdim...

Bütün problemlərə rəğmən sayt ayaqda qalmağı bacardı, internet mediada özünəməxsus dəst-xətt yaratdı, fərqli fikirlərin səsləndirilməsinə şərait yaratmaqla, geniş və rəngarəng oxucu auditoriyası qazandı.

Heç şübhəsiz, bu uğurların arxasında saytın yaradıcısı Zahir Əzəmətin gərgin əməyi dayanır. Məhz onun formalaşdırdığı xəbər siyasətinin nəticəsidir ki, Qaynar.info bu gün də ən ciddi xəbər portallarından biri olaraq qəbul olunur.

Qaynar.info bir çox jurnalistlər üçün təcrübə mənbəyi oldu. Onlardan bir neçəsi özlərinin şəxsi layihələrini yaratdılar və hal-hazırda ciddi xəbər portallarına rəhbərlik edirlər. Əlbəttə, onların uğuru eyni zamanda Qaynar.info-nun uğurudur.

Doğum günün mübarək, Qaynar.info!