
"Bu gün səhər saatlarında başlanan hücum nəticəsində hakerlər ilk öncə saytın admin panelinə daxil olaraq, həmin yazını silməklə kifayətlənmişdilər. Belə ki, saytımızın Facebook səhifəsinə Məmməd Əliyev ( https://www.facebook.com/profile.php?id=100010124176715&fref=jewel) adlı user aldadıcı link göndərərək, onu tıklayan sayt adminin kompüterinə giriş əldə edərək, parolları ələ keçirdi. Daha sonra Admin panelə giriş əldə edən haker yazını saytın arxivindən sildi. Eyni virus linki [email protected] elektron ünvanından da saytımızın elektron ünvanına göndərildi. Biz o yazını daha sonra bərpa etdik. Amma dərhal sonra hücumlar daha da intensivləşdi. Hakerlər saytın serverlerinə daxil olaraq, bütün məlumatları, o cümlədən saytın skriptini də sildilər. Bu isə o deməkdir ki, sayt hazırda yalnız quru domendən ibarətdir.
Ramin Hacılının sözügedən açıqlamasında da, hansısa hakerlərin onun komputerinə daxil olmasından, şəxsi məlumatları ələ keçirməsindən və təhdid olunmasından söz gedirdi. Artıq həmin yazı bir çox media qurumlarında da tirajlanıb. Yazıda bu qruplaşmanın ələ keçməsi üçün ciddi ipucları vardı. Eyni hakerlər bu dəfə də bu məlumatları ilk yayan Qaynar.info-nu hədəfə götürüblər. Onların arxasında hansı qüvvələrin durması və ya haradan sifariş almaları barədə təəssüf ki, heç bir məlumata malik deyiləm."
Günün ikinci yarısından proqramçılar saytın fəaliyyətinin normal vəziyyətə gətirmək üçün səylə çalışırlar. Artıq son bir neçə ay istisna olmaqla, saytın arxivini şəkillər istisna olmaqla bərpa etmək mümkün olub.
Sabahdan sayt normal tempdə fəaliyyət göstərəcək.